Braziliyalı Record Televiziyası serialın tanıdılması üçün Rio de Janeironun ən çox insan olan prospektində göydən pul yağdırıb. Həftənin beş gün yayınlanan "Vidas əm Jogo" ("Təhlükəli Həyatlar") adlı seriala marağı artırmaq məqsədi ilə \"Record\" Televiziyası xeyli miqdarda pul xərcləyib.
Record TV-nin reklam müdiri Tomaz Neves serialın keçən bazar ertəsi çəkilən hissəsində baş rolun ifaçısının lotodan 200 min real (təxminən 125 min dollar) qazanmasına xalqın marağını çəkmək üçün 64 min real (40 min dollar) həqiqi olmaqla yüz minlərlə pulu havaya buraxmağa qərar verib. Record bu yolla serial tamaşaçılarının 30% artırmağı hədəfləyir.
Əhalisi 190 milyon olan Braziliyada hazırlanan romantik seriallar bazaar ertəsindən-cümə gününə kimi hər axşam 60 milyon insanı ekran başına cəmləyir. Braziliyanın iki böyük media nəhəngi Globo və Record bu 60 milyonluq reklamdan payını artırmaq üçün var gücü ilə mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB