Serbiyada ammonyakla dolu bir neçə vaqon aşıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dəmir yolunun Sopotski-Xan qəsəbəsinə yaxın olan Pirot-Staniçenye hissəsində ammonyakla dolu bir neçə vaqon aşıb. Hüquq-mühafizə orqanları hadisə yerinə yaxın yaşayan vətəndaşlardan evdən çıxmamağı xahiş edib. Pirot-Bela-Palanka istiqamətində avtomobillərin hərəkəti dayandırılıb, sürücülərə başqa yoldan istifadə etmək tövsiyə olunub. Qəza ammonyak sızması ilə nəticələnib. Həmin ərazidə yollarda görüntü zəifdir.
Hadisə yerində polis, xilasedicilər və yanğınsöndürən briqadası işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB