ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 28-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, insanların ölümü Nyu-York, Oklahoma, Kanzas, Kolorado da daxil olmaqla bir çox ştatlarda qeydə alınıb.
Ohayo ştatında magistral yolda üç avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.
Daha üç nəfər Buffalo bölgəsində vəfat edib. Milli Meteoroloji Xidməti bəzi bölgələrdə temperaturun təhlükəli həddə olduğunu açıqlayıb.
İnsanlara kəskin soyuqlara hazırlaşmaq və küçəyə çıxarkən təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB