Pakistanın Bəlucistan vilayətində hərbçilərə əldəqayırma partlayıcı qurğu ilə hücum edilib. SİA xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti məlumat yayıb.
Partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 5 əsgər həlak olub.
Hadisənin baş verdiyi ərazidə Pakistan ordusu dünəndən başlayaraq antiterror əməliyyatı keçirir.
İnsidentə görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB