Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətlə Rusiya lideri Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edəcək,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, Nazirlər Kabineti bazar ertəsi, dekabrın 26-da dövlət başçısının sədrliyi ilə 2022-ci ildə sonuncu iclasını keçirəcək. “Görüşün əsas mövzusu qazdır. Bu, Qara dənizdə kəşf edilən qazın milli sisteminə və Rusiya prezidentinin təklif etdiyi qaz qovşağı layihəsinə qoşulmadır”.
Əvvəllər məlum olub ki, Türkiyənin qaz qovşağı layihəsinin həyata keçirilməsində birinci mərhələ qazın Azərbaycan ərazisindən tədarükünə dair saziş, ardınca isə Türkiyə və Rusiya ərazisində infrastrukturun tikintisi ola bilər.
Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşü zamanı Avropaya tədarük üçün yeni qaz qovşağı təşkil etmək istəyini açıqlayıb.
Ankara isə bu layihəyə razılıq verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB