Pakistanda partlayış nəticəsində 5 hərbçi həlak olub

Pakistanda partlayış nəticəsində 5 hərbçi həlak olub

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində Pakistan ordusunun azı 5 əsgəri həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü “Dawn” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Hadisə əyalətin şərqində, 24 dekabr 2022-ci il tarixindən etibarən Silahlı Qüvvələrinin antiterror əməliyyatları apardığı Kahan qəsəbəsi yaxınlığında baş verib.

Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistan Azadlıq Ordusu” təşkilatı üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə