Çuvaşiyada miqrasiya səviyyəsi 10 ay ərzində 24 dəfə artıb

Çuvaşiyada miqrasiya səviyyəsi 10 ay ərzində 24 dəfə artıb

Beləliklə, 2022-ci ilin 10 ayı ərzində ümumi miqrasiya itkisi 2924 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8 dəfə çoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu rəqəmləri “Çuvaşstat” təqdim edib.

Beləliklə, xidmətin məlumatına görə, yanvar-oktyabr aylarında 14 472 sakin Çuvaşiyanı tərk edib.

Onlardan 9668 nəfəri Rusiyanın digər regionlarına, 4804 nəfəri isə xaricə gediblər.

Həmin dövrdə respublikaya 11548 nəfər gəlib: 8998 nəfər Rusiya Federasiyasının digər subyektlərindən, 2550 nəfər isə başqa ölkələrdən.

Digər ölkələrə gedənlərin 72 faizi MDB ölkələrini (3455 nəfər), qalanları isə qeyri-MDB ölkələrini (1349 nəfər) seçiblər.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə respublikadan cəmi 875 nəfər (MDB-də 643, qeyri-MDB ölkələrində 232) başqa ölkələrə gtmişdi.

Beləliklə, müharibənin başlamasından və Rusiyadan mühacirətin ilk dalğasından on aydan çox vaxt keçir. Sentyabr ayında elan edilən səfərbərliyə görə ölkəni bu yazdan daha çox insan tərk edib.

Lakin ekspertlərdən heç biri müharibə səbəbindən vətənlərini tərk edən rusların sayını dəqiq hesablaya bilmir.

Putin də deyir ki, guya rusların 99.9 faizi Rusiya üçün “canından keçər”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə