Malayziyada turist düşərgəsinin torpaq sürüşməsinə məruz qalması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, xilasedicilər son sutka ərzində daha 1 nəfərin cəsədini aşkarlayıb. Artıq axtarış-xilasetmə işləri dayandırılıb.
Faciə dekabrın 16-da gecə saatlarında Kuala-Lumpur şəhərindən 50 kilometr şimalda yerləşən turist düşərgəsində baş verib. Təbii fəlakət nəticəsində təxminən 1,2 hektar ərazi torpaq altında qalıb. Xilasedicilər indiyə qədər 61 insanı xilas edə biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB