“İran xalqının təhlükəsizliyini təhdid edən ən kiçik addım Kiyevi sənayedən əvvəlki dövrə qaytaracaq. Bu təhdid deyil, xəbərdarlıqdır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu dəfə belə bir xəbərdarlıqlığı Kiyevə iranlı jurnalist Reza Abbasi edib.
(Hə, az idi... Deyirəm, “yıxılana”(?) balta çalan çox olar?-A.B.)
Yox, qeyd edək ki, İranın siyasətçiləri dura-dura, Zelenskinin müşaviri Mixail Podolyakın bir müddət bundan əvvəl “daha dağıdıcı vasitələrə keçid” və İrandakı silah zavodlarının məhv edilməsi çağırışına... iranlı jurnalist Reza Abbasi niyə cavab verir?
Təbii ki, Tehranın təkziblərinə baxmayaraq, artıq pilotsuz uçuş aparatlarının İranın Rusiyaya təhvil verilməsi sübut olunub.
Amma maraqlısı budur ki, ruslar hələ də Ukraynada yerli istehsal olan “Lancet” və “Cube” pilotsuz uçuş aparatlarından istifadə etdiklərini deyirlər(?).
Gəl, indi bunlardan baş aç.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB