Qazaxıstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Muxtar Tleuberdi Yaponiyanın “NHK” telekanalına müsahibəsində bildirib.
“...Lakin, eyni zamanda, biz respublika iqtisadiyyatının müxtəlif müəssisələr tərəfindən məhdudlaşdırıcı tədbirlərdən yan keçmək üçün istifadə olunmayacağı prinsipinə də sadiqik”, - deyə qazaxıstanlı diplomat bildirib.
Rusiya Federasiyası və Qazaxıstanı sıx iqtisadi əlaqələrin birləşdirdiyini deyən nazir, Rusiyaya qarşı tətbiq edilən hər hansı bir sanksiyanın Qazaxıstanın iqtisadiyyatına da mənfi təsir göstərdiyini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB