“Putinin Minskə səfəri Almaniyanı “narahat” etməsin!”

“Putinin Minskə səfəri Almaniyanı  “narahat” etməsin!”

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 25-də keçirdiyi brifinqdə Almaniya rəhbərliyinin Rusiya prezidenti Vladimir Putinin Minskə səfərindən “narahatlığını” absurd adlandırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Moskva istənilən ikitərəfli təmasları heç kimə qarşı deyil, tərəflərin qarşılıqlı faydası naminə həyata keçirir. Xüsusilə Belarus kimi müttəfiqlərdən söhbət gedirsə.

“Tamamilə absurd narahatlıq, çünki ən yaxın müttəfiqlər olan Rusiya və Belarusun təmasları heç kimi narahat etməməlidir... Bunlar kiməsə qarşı deyil, qarşılıqlı fayda naminə, qarşılıqlı maraq naminə həyata keçirilir”.

Qeyd edtdiyimiz kimi, Dmitri Peskov bunu sayt əməkdaşına verdiyi müsahibəsində deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Qərb ölkələrinin Ukrayna böhranının köməyi ilə Rusiyanı “parçalamağa” çalışdıqlarını, lakin onun tamamilə başqa məqsədi olduğunu bildirmişdi.

“Moskvanın məqsədi rus xalqını birləşdirməkdir”.

Deyildiyi kimi, Rusiya lideri bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə