Qara dənizdə Türkiyə sahillərində yük gəmisində partlayış baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Al Hadath” telekanalı xəbər verib.
Qeyd edək ki, gəminin Trabzon limanında kömür yükləmək üçün Panama bayrağı altında üzdüyü dəqiqləşib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. İlkin məlumata görə, hadisə nəticəsində quru yük gəmisinin kapitanı itkin düşüb.
Xilasedicilər 16 ekipaj üzvünü xilas edə biliblər. Onlar hazırda yerli tibb müəssisələrində yerləşdirilib.
Ekipajda Misir, Albaniya, Gürcüstan və Ukrayna vətəndaşları olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB