Rusların 99,9 faizi “hər şeyi vətənin mənafeyinə qoymağa” hazırdır?

Putin bunu bu günlərdə “kəşf edib”?
Rusların 99,9 faizi “hər şeyi vətənin mənafeyinə qoymağa” hazırdır?

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlar fonunda vətənpərvərlik nümayiş etdirməyənləri “xüsusilə qınamadığını” bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Moskva” verilişinin efirində danışıb.

Rusiya liderinin sözlərinə görə, kiminsə özünü əsl vətənpərvərlərdən fərqli aparması baxımından təəccüblü heç nə yoxdur, çünki hər hansı bir cəmiyyətdə həmişə ilk növbədə öz şəxsi maraqlarını, daha sonra şəxsi maraqlarını düşünən insanlar var.

“Düzünü desəm, mən onları xüsusilə qınamıram - hər kəsin seçim etmək hüququ var” deyən Putin əlavə edib ki, onun fikrincə, rusların 99,9 faizi hər şeyi vətənin mənafeyinə qoymağa hazırdırlar.

Qeyd edək ki, SİA-nın da bir müddət bundan əvvəl verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkəni tərk edən ruslar üçün vergi dərəcələrinin artırılması ilə bağlı qanun layihəsinin hazırlandığını elan edərək, bunun ədalətli olacağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə