Türkiyə naziri Suriya sərhəd xəttini təftiş etdi

Türkiyə naziri Suriya sərhəd xəttini təftiş etdi

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttində qoşunların təftişini həyata keçirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

H.Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandiri, ordu generalı Musa Avsever, Dəniz Donanması komandiri, admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandiri, general Atilla Gülanla birlikdə Hatay şəhərinə gedib. Onu müşayiət edən komandirlərlə Bahar Qalxanı Əməliyyatları Bölgəsi Sektor Komandanlığına hərəkət edən nazir sahədəki fəaliyyətlər və son vəziyyətlə bağlı məlumat alıb və tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə