Suriyanın şimalında 5 PKK/YPG terrorçusu zərərsizləşdirildi

Suriyanın şimalında 5 PKK/YPG terrorçusu zərərsizləşdirildi

Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” bölgələrində separatçı PKK/YPG-dən 5 terrorçu zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: “Terrorçuların qaçacağı yer yoxdur. Onlar üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” bölgələrində aşkarladıqları 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib".

Bütün xəbərlər Facebook səhifəmizdə