İndi də Şoyqu deyir ki, Qərb Ukraynaya silah verməsə, Kiyevin...

İndi də Şoyqu deyir ki, Qərb Ukraynaya silah verməsə, Kiyevin...

Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Qərbin birləşmiş qüvvələrinin Ukraynada rus hərbçilərinə qarşı mübarizə apardığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,o, bu barədə nazirliyin kollegiyasının genişləndirilmiş iclasında bildirib.

Şoyqu əmindir ki, ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiya və informasiya müharibəsi aparır və Ukrayna ərazisinə öz müşavirlərini və muzdlularını göndərirlər. “Birləşmiş Ştatlar və onun müttəfiqləri Kiyev rejiminə silahlar verir, hərbi personalı öyrədir və kəşfiyyat məlumatları verirlər”, - deyə rusiyalı nazir əlavə edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın müdafiə naziri Kiyevin guya qadağan olunmuş qarşıdurma üsullarından, o cümlədən terror aktları, mülki əhalinin atəşə tutulması və sifarişli qətllərdən istifadə etdiyini bildirmişdi. (...kor-kora kor deməsə, bağrı çatlar..?-A.B.)

Sergey Şoyqunun sözlərinə görə, Qərb ölkələri də nüvə şantajı elementlərini görməməzliyə vurmağa çalışır.

Rus saytlarının yazdığına görə, dekabrın 22-də Müdafiə Nazirliyinin rəhbəri Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasında qruplaşması bölmələrinə baxış keçirib...amma uzaqdan?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə