Ukrayna prezidenti Volodimir Zelenski əsgərlərin Rusiya tərəfindən əsir götürüldüyünü bildirib.
Ukrayna Prezident Administrasiyasının rəsmi saytında verilən məlumatda yazılana görə, V.Zelenski dekabrın 25-də qərbi xristian ölkələrində qeyd olunan Milad bayramı ilə bağlı video-təbrik paylaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, təbrikdə deyilir: “25 dekabrda Ukraynada da milyonlarla adam Neol Gününü qeyd edir. Amma bu gün xalqımız müharibə üzündən çətin vəziyyətdədir. Təəssüf ki, bu il bütün bayramların ən acısıdır.
Ukraynada Rusiyaya qarşı müharibə əslində 8 ildir davam edir. Ölkəmizin azadlığı üçün inanc və birlik içində mübarizəmizi sürdürəcəyik.
Gəlin, bu qışa dözək. Çünki nə üçün mübarizə apardığımızı bilirik.
Bu il ölkəmiz Milad bayramını müharibənin kölgəsində qeyd edir. Ukraynalıların bir qismi əsir düşüb, bir qismi ölkəni tərk etməli olub, müxtəlif yerlərdə və çətin şəraitdə bayram keçirirlər.
Biz bütün ukraynalı kişi və qadınları azad edəcəyik.
Rusiya ordusunun hücumları nəticəsində Ukraynada enerji infrastrukturlarına ciddi ziyan dəydiyi üçün elektrik enerjisində fasilələr var. Bütün çətinliklərə baxmayaraq, gəlin, bayramı qeyd edək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB