Qış fırtınası nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb

Qış fırtınası nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb

ABŞ-da ölkənin şərqinə şaxta, külək və qar gətirən qış fırtınası nəticəsində ən azı 23 nəfər ölüb.

SİA-nın məlumatına görə, bu barədə "NBC News" telekanalı xəbər verib.

Uçuş izləmə xidməti olan FlightAware.com-un məlumatına əsasən, ABŞ-a 3300-ə yaxın reys ləğv edilib, daha 7600-ü isə gecikib.

Fırtına nəticəsində şərq ştatlarında on minlərlə evdə elektrik enerjisi verilməsi dayanıb. Bildirilib ki, Şimali Karolina, Virciniya, Merilend, Pensilvaniya, Nyu York, Vermont, Nyu-Hempşir və Men ştatlarında 200 mindən çox insan işıqsız qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə