Çində COVID-19 ilə bağlı qadağa

Çində COVID-19 ilə bağlı qadağa

Çin Səhiyyə Komitəsi COVID -19 ilə bağlı məlumatların dərcini dayandırıb.

SİA-nın məlumatına görə, bu barədə Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

“Bu gündən etibarən epidemiya vəziyyəti ilə bağlı gündəlik məlumatlar dərc olunmayacaq”, - rəsmi açıqlamada deyilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Çinin COVID-19 epidemiyasının qarşısının alınması və nəzarəti vəziyyətinin diqqətlə izlənildiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə