Hava limanında əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib

Hava limanında əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib

Braziliyanın hərbi polisi paytaxtda hava limanının girişində əldəqayırma partlayıcı qurğu aşkarlayıb. SİA xəbər verir ki, bu barədə “Qlobo” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadla xəbər yayıb.

Hava limanına yanacaq daşıyan yük maşınının üzərinə yerləşdirilmiş qutuya baxış zamanı qurğu aşkarlanıb. İstehkamçılar partlayıcı qurğunu zərərsizləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə