Amerikalılar Kiyevə "Patriot"un köhnəlmiş versiyasını verəcəklər?
Deməli, rus saytlarının yazdığına görə, guya ABŞ Ukraynaya müasir raketləri vura bilməyən “Patriot” zenit-raket kompleksinin köhnə versiyasını verəcək.
Deyim ki, ruslar şahid də tapıblar, ABŞ kəşfiyyatının keçmiş zabiti Scott Ritter.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, amerikalı zabit bunu “YouTube” kanalına müsahibəsində bildirib.
“Bu, yəqin ki, Birləşmiş Ştatların arsenalında ən yüksək səviyyəli sistemdir. Bu köhnə quraşdırmadır, lakin təkmilləşdirilmişdir. Düşünmürəm ki, ukraynalılar təkmil versiya əldə edəcəklər, məncə, onlara daha az xüsusiyyətləri olan köhnə model veriləcək”.
Rusların yazdığına görə, bunu Scott Ritter deyib.
Onun sözlərinə görə, bu komplekslər husilərin bir neçə il əvvəl Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına bir sıra dron zərbələrinin öhdəsindən gələ bilməyib.
Ritter əmindir ki, “Patriot” hava hücumundan müdafiə sistemi “Ukrayna kimi döyüş meydanında sağ qalmaq üçün” yaradılmayıb. Bundan əvvəl Ritter Vaşinqtonun Kiyevə təhvil vermək qərarına gəldiyi “Patriot” zenit-raket komplekslərinin müasir döyüş meydanında sağ qala bilməyəcəyi barədə fikir bildirmişdi.
Ritterin sözlərinə görə, “Patriot”lar raketlərin qarşısını almaqda çətinlik çəkirlər. Keçmiş zabit 2003-cü ildə ABŞ-ın İraqdakı hərbi əməliyyatlarını da xatırladıb, o zaman bu hava hücumundan müdafiə sistemi İraq raketlərindən daha çox müttəfiq təyyarələri vurub.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ-ın istefada olan generalı Mark Hertlinq də Ukrayna ordusuna “Patriot” hava hücumundan müdafiə sistemini işə salmaq üçün aylarla vaxt lazım olacağını demişdi.
O, həmçini, bu silahların Ukraynanın bütün ərazisini qoruya bilməyəcəyini də demişdi.
...Gərək ki, biz dünən Qırçı Məhəmmədə rəhmət oxumuşduq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB