Putinə döyüşlərlə bağlı yanlış xəbərlər verilir?

Putinin müttəfiqləri Ukraynadakı müharibə ilə bağlı bəd xəbərləri ondan gizlədirlər
Putinə döyüşlərlə bağlı yanlış xəbərlər verilir?

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı və təhlükəsizlik qüvvələri ondan bəd xəbərləri gizlətdiyi üçün Rusiya ordusunun Ukraynadakı mövqeyi barədə elə də etibarlı məlumata malik deyil.

Jurnalistlərin qənaətləri Rusiya və Qərbin indiki və istefada olan funksionerləri, kəşfiyyatçıları ilə, həmçinin “Kremlə yaxın adamlarla bir neçə aylıq ünsiyyətə əsaslanır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Amerika nəşri, “Wall Street Journal” yazıb.

Beləliklə, nəşrin yazdığına görə, Putinə hər səhər cəbhədən yazılı hesabat verirlər. Lakin burada birincisi vurğu həmişə uğurlara yönəlib, uğursuzluqlar barədə məlumat gizlədilir.

Bəzən isə bir neçə gün gecikdirilir.

Maraqlıdır ki, Federal Təhlükəsizlik Xidməti rəisi Nikolay Patruşevin fikrincə, Putin son vaxtlar müharibənin real mənzərəsi ilə əvvəlkilərdən fərqli olaraq, indi daha çox maraqlanır, lakin o, bütün insan və iqtisadi itkilərə baxmayaraq, Rusiyanın qalib gələcəyinə onu əmin edən administrasiyanın əhatəsində qalmaqdadır.

“Keçmiş Rusiya rəsmilərinin və Kremlə yaxın insanların fikrincə, Putin Ukraynanı “mismar kimi” vurmaqda qərarlıdır və bunun üçün Rusiya əhalisini və iqtisadiyyatını illər boyu səfərbər etməyə hazırdır”. Deyim ki, bunu ABŞ nəşri yazır.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrə verdiyi şərhdə Putinin cəbhədəki real vəziyyəti bilməməsi ilə bağlı gəldiyi qənaəti “boş spekulyasiya” adlandırıb.

“Onun təhrif olunmuş məlumat alması ilə bağlı hər hansı iddia doğru deyil”. Bunu da Peskov deyib, amma maraqlıdır, prezidentin mətbuat katibi kimi, görən o ilk məlumatı hansı mənbədən alır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə