Rusiya Xarici İşlər Nazirliyinin üçüncü departamentinin rəhbəri Aleksandr Sternikin sözlərinə görə, əgər Mərkəzi Asiya ölkələri Rusiya ilə (...cürət göstərib? bunu mən yazıram-A.B.) münasibətləri dayandırmaq istədiklərinə “hətta ağıllarına belə gətirsələr”, bu, onlar üçün genişmiqyaslı iqtisadi nəticələrlə doludur. (...bu gün özləri acından ölür? bunu da mən yazıram-A.B.)
Eyni zamanda, rusiyalı diplomat əlavə edib ki, ölkələr arasında münasibətlər “strateji səbir” siyasəti üzərində qurulub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sternikin bu bəyanatı “Mərkəzi Asiya və Ukrayna böhranı” mövzusunda keçirilən konfransda çıxışı çərçivəsində deyib.
Rusiyalı səlahiyyətli jurnalistin Mərkəzi Asiya ölkələri Qərb ölkələrinin Ukraynadakı müharibə ilə bağlı tətbiq etdiyi sanksiyalara dəstək verəcəyi təqdirdə Moskvanın reaksiyasının necə olacağı ilə bağlı sualını da cavablandırıb.
“Biz bütün oyunçuların hərəkətlərini ilk növbədə Rusiyanın maraqlarına zərər vurmaq və ya vurmamaq nöqteyi-nəzərindən qiymətləndiririk”, - deyən Sternik, “biz bundan adekvat nəticələr çıxarırıq, o cümlədən Rusiya Federasiyası ilə bu çoxşaxəli əlaqələri itirməməkdə həyati maraqlı olan tərəfdaşlarla birlikdə”-deyə əlavə edib.
Sternik həmçinin, Rusiyanın region ölkələrinin başqa nəqliyyat dəhlizləri tapmaq səylərindən elə də narahat olmadığını bildirib.
Onun sözlərinə görə, bu, “hər hansı bir suveren ölkənin hüququdur”.
Yeri gəlmişkən, iqtisadi cəhətdən Rusiyadan asılı olan Mərkəzi Asiya ölkələri onun fevral ayından Ukraynaya başlayan genişmiqyaslı işğalını dəstəkləmədilər, əksinə açıq şəkildə pislədilər.
“Rus "yazıq" neyləsin?”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB