Rusiyada səfərbərlik haqqında yazmaq qadağan edilir

Göstəriş Kremldən gəlib
Rusiyada səfərbərlik haqqında yazmaq qadağan edilir

Bu arada Rusiya hökumətyönlü mediaya səfərbərlik haqqında hər hansı bəyanat yaymaq qadağan edilib, hətta bu göstəriş Dövlət Dumasından və ya Federasiya Şurasından gəlsə belə. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq olaraq açıqlanmayan sərəncam, təbii ki, prezident administrasiyasından gəlib.

“Bundan əvvəl biz hazırkı səfərbərlik, mümkün ssenarilər və proqnozlar haqqında yaza bilərdik. İndi bütün proqnozlar dayandırılıb. Tələbdə deyilir ki, bəyanat Dövlət Dumasının deputatı və ya senator tərəfindən verilsə belə, sitat gətirmək olmaz”.

Qeyd edək ki, bunu “Moskva Tayms” nəşri bildirib.

Xatırladaq ki, dekabrın 21-də müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin sayını 1,5 milyon nəfərə çatdırmağı təklif edib. Bu o deməkdir ki, orduya daha 350 minə yaxın çağırışçının göndərilməsi təklif edilir.

Şoyqu bildirib ki, guya bu, “Rusiya Federasiyasının hərbi təhlükəsizliyinin təmin edilməsi vəzifələrinin zəmanətli həlli üçün” lazımdır.

Bundan əlavə, nazir hərbi xidmətə çağırış yaşının 18-dən 21-ə, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının isə 30-a qaldırılmasını təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə