Süleyman Soylu: “Eren Abluka Payız Qış-18'' əməliyyatına start verilib

Süleyman Soylu: “Eren Abluka Payız Qış-18'' əməliyyatına start verilib

Türkiyənin Diyarbəkir, Muş və Batman şəhərlərində “Eren Abluka Payız Qış-18'' əməliyyatına start verilib.
SİA xəbər verir ki, Daxili işlər naziri Süleyman Soylu Diyarbəkirin Lice rayonundakı Vali Aydın Arslan Hərbi Bazasında verdiyi açıqlamada “Eren Abluka Payız Qış-18'' əməliyyatına start verildiyini bildirib.

Süleyman Soylu əməliyyatda 3500 hərbi personalın iştirak etdiyini deyib.
Daxili işlər naziri Süleyman Soylu əməliyyat bölgəsində terrorçular qalmayana qədər əməliyyatın davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə