Minskə verilən S-400-lər müdafiənin effektivliyini artıracaq

Rusiya Xarici İşlər Nazirliyi Minskə verilən S-400-lərin birgə hava hücumundan müdafiənin effektivliyini artıracağını bildirib
Minskə verilən S-400-lər müdafiənin effektivliyini artıracaq

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, şənbə günü, dekabrın 24-də Rusiya saytlarına verdiyi müsahibəsində, Belarusun aldığı “S-400” və “İskəndər” komplekslərinin Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin effektivliyini artıracağını bildirib.

“Belarus Silahlı Qüvvələrinə Rusiya silahlarının ən son modelləri – “S-4002 hava hücumundan müdafiə sistemləri və “İsgəndər” mobil operativ-taktiki raket buraxılış qurğuları təhvil verilib. Bu, Belarus ordusunun döyüş hazırlığını və vahid Rusiya-Belarus hava hücumundan müdafiə sisteminin effektivliyini artırmalıdır”, - rusiyalı diplomat qeyd edib.

Rusiyadan alınan “İsgəndər” və “S-400” hava hücumundan müdafiə qurğularının Belarus qoşunlarında döyüş növbəsinə salınması faktını daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya lideri Vladimir Putinlə görüşü zamanı da bildirib.

Bundan əvvəl Belarusa “TOR-M2K” zenit-raket komplekslərinin yeni akkumulyatorunun gəldiyi bildirilirdi. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya ilə əməkdaşlıq çərçivəsində Belarus Respublikası Silahlı Qüvvələri mərhələli şəkildə yeni növ hərbi texnika ilə yenidən təchiz edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə