Kiyevin münaqişədən qələbə ilə çıxmaq qabiliyyəti qiymətləndiridi

Kiyevin münaqişədən qələbə ilə çıxmaq qabiliyyəti qiymətləndiridi

ABŞ ordusunun istefada olan generalı Barri Makkaffri, Ukrayna silahlı qüvvələrinin müdafiə mövqeyində olduqları müddətdə münaqişədə qalib gələ bilməyəcəklərini deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Barri Makkaffri jurnalistlərlə söhbətində Ukrayna silahlı qüvvələrinin təşəbbüsü ələ keçirməsini lazım bilir.

Onun fikrincə, Kiyevin qələbə qazanması üçün məhz bu lazımdır.

Makkaffri qeyd edib ki, təşəbbüsü ələ keçirmək üçün Ukraynaya “alətlər” lazımdır. General “qələbəni qoparmağa” kömək edəcək silahlar kimi uzaqmənzilli “yer-yer” raketlərini və M1 tanklarını münasib bilib.

Hərbi ekspert Rusiya prezidenti Vladimir Putinin bundan sonrakı hərəkətlərini də proqnozlaşdırıb. Onun fikrincə, Rusiya liderinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün “məşhur yaz strategiyası” planı var.

Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı Amerika lideri Cozef Baydeni Kiyevin Rusiyanı məğlub etməyə qadir olduğuna inandırmağa çalışıb.

Qeyd olunur ki, Ağ Ev Ukrayna liderinin açıqlamalarına şübhə ilə yanaşıb. Nəşrin mənbələri Zelenskinin skeptik Amerika rəsmilərinin dəstəyini almaq məqsədi güddüyünü qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə