Ukraynadakı elektrik stansiyalarından biri avadanlıqların zədələnməsi səbəbindən enerji istehsalını dayandırıb. Ölkənin enerji sistemində elektrik enerjisi çatışmazlığı yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə milli enerji şirkəti Ukrenerqo öz Telegram kanalında məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, magistral şəbəkələrin zədələnməsi nəticəsində elektrik enerjisinin ötürülməsi sistemində müəyyən məhdudiyyətlər tətbiq olunmaqda davam edir. Qeyd edək ki, bu gün elektrik enerjisi ilə bağlı ən çətin vəziyyət Kiyevdə və Kiyev vilayətində, Ukraynanın cənubunda və şərqində yaranıb.
Xatırladaq ki, şənbə günü səhər saatlarında Kiyev və Kiyev vilayətində, həmçinin Çerkassı, Kirovohrad, Nikolayev, Poltava, Dnepropetrovsk, Xarkov vilayətlərində və Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin bir hissəsində hava xəbərdarlığı elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB