Macarıstanın baş naziri Viktor Orban “əsəbləşib”, ABŞ-ın Ukraynaya pul və silah göndərdikcə Kiyevin döyüşəcəyini bildirib. Orbana görə, Vaşinqton istəsə, Ukraynaya sülh gələcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Magyar Nemzet” məlumat yayıb.
“Eyni zamanda, Ukrayna ancaq ABŞ-ın ona pul və silahla dəstək verməsi şərti ilə döyüşə bilər. Əgər amerikalılar sülh istəyirlərsə, o zaman sülh də olacaq”.
Baş nazirin sözlərinə görə, onun ölkəsi münaqişədə "Macarıstan tərəfindədir", öz maraqlarını müdafiə edir, Ukraynaya dəstək verir, lakin ora silah göndərmir.
Qeyd edək ki, Orban Rusiya Federasiyası ilə iqtisadi əlaqələri pozmağın Macarıstanın maraqlarına uyğun olmadığını da etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB