Bu arada Rusiyanın “Alfa” xüsusi təyinatlılarının keçmiş zabiti Mixail Bridasovun Donetskdəki “Şeş-Beş” restoranında öldürüldüyü deyilir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin zabiti, bloqqer Anatoli Ştefanın verdiyi məlumatda Bridasov “Roskosmos”un qalmaqallı keçmiş rəhbəri Dmitri Roqozinin ad gününü qeyd edərkən sıradan çıxarılıb.
Deyilənlərə görə, artıq “keşmişdə qalan” “Alfa” zabiti Mixail Bridasov dekabrın 21-də “Şeş-Beş Donetsk” restoranında Roqozinin ad gününü “təntənəli şəkildə qeyd edirmiş”.
Qeyd edək ki, Bridasovun ölümünü Roqozinin özü də təsdiqləyib. Bununla belə o, Bridasovun ona yaxın adam və şəxsi köməkçi olduğunu da bildirib.
Xatırladaq ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin işğal altında olan Donetskdə, ad gününü qeyd edərkən om
Basından yaralanıb.
Deyilənə görə, Rusiya funksioneri ilə birlikdə DXR hökumətinin başçısı Vitali Xotsinko da yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB