Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, dekabrın 26-da qaz mövzusunda ictimaiyyətə yeni “maraqlı xəbərlər” verəcəyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə rus saytları yazır.
Qeyd olunur ki, Ankara Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoymağı planlaşdırır. Hesablamalara görə, enerji resursu 2023-cü ildə yataqdan Türkiyəyə axmağa başlayacaq.
Ərdoğan jurnalistlərə bildirib ki, qazın milli sistemə qoşulması üçün mütəxəssislər gecə-gündüz işləyirlər. Prezident bazar ertəsi səlahiyyətlilərin “bu məsələ ilə bağlı yeni xoş, maraqlı xəbərləri” xalqla bölüşəcəyini söyləyib.
O əlavə edib ki, layihə istifadəyə verildikdən sonra əhali üçün də xoş olacaq məlumatları açıqlayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB