Rusiyanın Kemerovo şəhərində fərdi yaşayış binasında yerləşən qocalar evində yanğın baş verib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.
Məlumata görə, taxta materialdan inşa edilən ikimərtəbəli bina demək olar ki, tamamilə yanıb.
İlkin məlumata görə, yanğına səbəb istilik sistemində yaranan nasazlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB