Silsilə qətllər törədən qatil Çarlz Sobraj həbsdən buraxılıb. SİA xəbər verir ki, Nepalda "İlan" və "Bikinili Qatil" ləqəbləri ilə tanınan əfsanəvi fırıldaqçı və qatil Çarlz Sobraj həbsdən azad edilib.
Ali Məhkəmə son 19 ilini Katmandu həbsxanasında keçirmiş 78 yaşlı Sobrajın azadlığa buraxılmasına qərar verib. Azadlığa buraxılmasına səbəb cinayətkarın yaşının çox olması olub.
O, 1975-ci ildə 29 yaşlı Connie Jo Boronzic və 26 yaşlı sevgilisi Laurent Carrierenin qətlinə görə ömürlük azadlıqdan məhrum edilmişdi.
Sobraj 1970-ci illərdə Asiya ölkələrində oğurluq və fırıldaqçılıqla məşğul olduğu zaman şöhrət qazanmışdı. Onun 1975-1976-cı illərdə ən azı 12 nəfəri öldürdüyü güman edilir. Çox vaxt Sobrajın qurbanları onu polisə təhvil verməklə hədələyən şərikləri olub. O, Tayland çimərliklərində altı qızın ölümündə əli olmaqda təqsirli bilindikdən sonra "Bikini Killer" ləqəbini alıb.
Sobrajın qurbanlarının əksəriyyəti həddindən artıq dozada narkotik qəbulundan ölüb və o, həmişə onların ölümlərinin təsadüfi olduğunu iddia edirmiş. Buna baxmayaraq, 1976-cı ildə cinayətkar şərikləri ilə bir qrup turisti zəhərləməyə və soymağa cəhd etdikdən sonra Yeni Dehlidə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB