Cümə günü Çexiyada Praqadan respublikanın şərqinə gedən ekspress yolda zəncirvari avtomobil qəzası baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 40 avtomobilə ziyan dəyib.
Hadisə ölkənin cənub-şərqindəki Brno şəhəri yaxınlığında baş verib. Praqadan 170-180 km şərqdə 38 avtomobil və iki yük maşını toqquşub.
Qəza nəticəsində iki nəfərin yaralandığı məlum olub. Magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Zəncirvari qəzası sıx duman şəraitində baş verib. Polis hadisənin təfərrüatını araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB