Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqınlara səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar səbəbindən Məkkə-Ciddə magistral yolu ehtiyat tədbiri olaraq bağlanıb.
Bildirilib ki, Məkkədə bir çox avtomobil sel suları nəticəsində zədələnib.
Məscidül-Həram Baş İdarəsindən verilən açıqlamada suyun boşaldılması üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin işə götürüldüyü bildirilib.
Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada isə əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB