Türkiyədə restoranın eyvanı uçdu - FOTO-VİDEO

Türkiyədə restoranın eyvanı uçdu - FOTO-VİDEO

Türkiyənin Beşiktaş səmtinin Arnavutköy küçəsində yerləşən restoranlardan birinin eyvanı çöküb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı müştərilərdən bəziləri dənizə düşüb.

Beşiktaş valisi dənizə düşərək xəsarət alan 4 nəfərin xəstəxanaya çatdırıldığını və onların həyati təhlükəsinin olmadığını açıqlayıb.

Hadisə yerinə çoxlu polis, yanğınsöndürən və təcili yardım qrupları göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə