Rusiya Ukraynaya yeni hücum üçün münaqişəni dondurmağa ümid edir

Rusiya Ukraynaya yeni hücum üçün münaqişəni dondurmağa ümid edir

Rusiya geri çəkilmək niyyətində deyil və Ukraynadakı aktiv hərbi əməliyyatlardakı müvəqqəti sükunətdən yeni hücum üçün istifadə edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, qeyd edib ki, Kiyev sülh yolu ilə nizamlanma planı təklif edib, lakin Moskva belə bir təşəbbüsü qəbul etməyib. Ukrayna tərəfi qoşunları Milad bayramına qədər çıxarmağı təklif edib.

NATO-nun baş katibinin sözlərinə görə, Rusiya öz qüvvələrinin yenidən qruplaşmasına, yenidən silahlanmasına və guya yeni hücuma keçməyə imkan vermək üçün münaqişəni dondurmağı gözləyir.

Stoltenberq əlavə edib ki, Rusiya hakimiyyəti alyansı ölkə sərhədlərindən uzaqlaşdırmaq istəyirdi, lakin bunun əvəzinə NATO-ya üzv olmaq arzusunu ifadə edən daha çox qonşu ölkələri qəbul edib.

Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi Rusiya lideri Vladimir Putinin danışıqlara hazır olmadığını bildirmişdi. Moskva isə dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski öz növbəsində qeyd edib ki, o, ədalətli sülhə nail olmaq üçün kompromislərə hazır deyil.

O, sülhə nail olmaq üçün Ukraynaya dəyən ziyanın ödənilməsinin vacibliyini də bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə