Roqozinin “cavabsız qalmayacağını” demişdim a...

Allah Sənə rəhmət eləsin, qırçı Məhəmməd!
Roqozinin “cavabsız qalmayacağını” demişdim a...

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin, Ukrayna tərəfinin onun yaralı və ölən yoldaşlarına görə “cavab verəcəyini” bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, sosial şəbəkədə yazıb.

“Bu insanların kinsizliyi ondadır ki, onlar bəzi əlamətdar tarixlərə hərtərəfli terror aktları hazırlayırlar. Oktyabrın 7-də Krım körpüsü partladıldı, harada olsam da, onlar məni ad günümdə ləğv etmək qərarına gəldilər. Amma demək istəyirəm ki, onlara borclu qalmayacağam. Onlar mənim yoldaşlarıma görə cavab verəcəklər”.

Hə, Roqozin yazıb bunları.

O, həmçinin əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidməti “Çar qurdları” qruplaşması ilə birlikdə yaşadığı otelin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Dekabrın 22-də Dmitri Roqozin Ukrayna qoşunlarının Donetski atəşə tutması zamanı yaralanıb. Kürəyindən güllə yarası alıb, həyatı təhlükədə deyil. O, daha sonra əlavə edib ki, onun köməkçisi Mixail Bridasov atəş zamanı həlak olub.

Allah Sənə rəhmət eləsin, qırçı Məhəmməd! (Fazil Salayev) Onu necə demişdin...avara adamlardı da, iş yox, güc yox...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə