Rusiya sakinlərinin 80 faizdən çoxu ölkədə millətlərarası münasibətlərin səviyyəsini müsbət qiymətləndirir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dağıstan Prezident Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Millətlərarası Münasibətlər Şurasının Rəyasət Heyətinin iclasında bildirib.
Onun sözlərinə görə, rusların böyük əksəriyyətinin, yəni 82,8 faizinin başqa millətlərin nümayəndələrinə qarşı mənfi hissləri yoxdur.
Bunu isə Kremlin saytı xəbər verir.
Bundan əlavə, prezident administrasiyası rəhbərinin müavini qeyd edib ki, rusların 87,6 faizi milli mənsubiyyətinə, dininə və ya dilinə görə düşmənçilik, hüquq və imkanların pozulması ilə üzləşməyib.
Qeyd edək ki, bura Şimalı Qafqazdır və deyildiyi kimi, başqa xalqın nümayəndələri burada nə milli mənsubiyyətinə, nə dininə, nə də dilinə görə düşmənçilik görmür.
Maraqlıdır görən Rusiyanın daxilində də Qafqaz xalqalarına münasibət belədir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB