Çində gündə 37 milyon COVID-19 infeksiyasına yoluxur?

Dekabrın ilk 20 günündə ölkədə 248 milyon çinli virusa yoluxub ki, bu da əhalinin demək olar ki, 18 faizini təşkil edir
Çində gündə 37 milyon COVID-19 infeksiyasına yoluxur?

Çin Milli Səhiyyə Komissiyasının məlumatına görə, bu həftə ölkədə bir gündə təxminən 37 milyon insanın COVID-19-a yoluxub.

SİA-nın xarici saytlarından əldə etdiyi məlumata görə, bu epidemiya dünyanın ən böyük epidemiyası kimi tarixə düşə bilər.

Qeyd edək ki, bundan əlavə, dekabrın ilk 20 günündə ölkədə 248 milyon çinli virusa yoluxub ki, bu da əhalinin demək olar ki, 18 faizini təşkil edir.

Belə ki, əvvəlki gündəlik rekord dörd milyon olub və 2022-ci ilin yanvarında müəyyən edilib.

Bu arada “Bloomberg”in təxminlərinə görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin və paytaxt Pekinin sakinlərinin yarısından çoxu virusa yoluxub.

“Bloomberg” həmçinin ki, digər ölkələrdə pandemiya zamanı laboratoriya testləri ev testi ilə əvəz edildiyi üçün dəqiq infeksiya nisbətlərini müəyyən etmək çətin olduğunu iddia edir.

Belə görünür ki, bu nəticələr hələ mərkəzləşdirilməyib. Yəni dəqiq reallığı əks etdirmir.

Qeyd edək ki, hazırda “Bloomberg” çinlilərin yoluxmuşları necə saymağı bacardıqları ilə maraqlanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə