İrəvanın “Zvartnots” hava limanında ermənilərin “böyük baçı” bildikləri Fransanın Yekaterinburqdakı baş konsulunun çamadanının kilidi sındırılıb, pulunu oğurlayıblar
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dekabrın 21-də Ermənistan Polisi Respublika Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidmətindən məktub alıb ki, noyabrın 5-də Fransanın Yekaterinburqdakı baş konsulu Pyer Alen Koffinier Yerevanın “Zvartnots” Beynəlxalq Hava Limanında, Yekaterinburqa uçan “Red Wings” aviaşirkətinin 1130 reysinə xidmət göstərən masanın yanında qeydiyyatdan keçib.
Eyni mənbənin məlumatına görə, diplomatın əlində kompüter olan çanta və əl yükü kimi çamadanı da olub.
Fransızın dediyinə görə, baqajında nağd pul da olub. Amma Rusiyaya çatandan sonra o çamadanın qıfılının qırıldığını, pullarının isə oğurlandığını görüb.
İnanın, erməni oğrusunu adamın qınamağı da gəlmir. Neyləsin, doğrudur, “bacı elə bacılığında” qalır, amma erməni bir bacıya görə, adətkarda olduğu əməlindən imtina edəsi deyil ki...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB