Bolqarıstan prezidenti Rumen Radev deputatları Ukraynaya hərbi yardım paketini təsdiq etdikdən sonra müharibəni qızışdırmaqda ittiham edib. Bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Bolqarıstan prezidenti Ukraynaya hərbi təchizatla bağlı qərar konstitusiya çoxluğu ilə qəbul edildiyi üçün ona veto qoya bilməyəcəyindən şikayətlənib.
“Təəssüf ki, parlamentdəki müharibəni qızışdıranlar böyük üstünlüklə Ukraynaya hərbi yardım barədə qərar qəbul etdilər. Beləliklə, onlar müvəqqəti hökuməti Ukrayna ilə belə yardım üçün müqavilə bağlamağa məcbur etdilər”, - o deyib.
Maraqlıdır ki, Radev, Ukraynaya hərbi yardım paketinə ötürülməsi müqabilində Bolqarıstanın döyüş imkanlarına xələl gətirə biləcək təyyarələr, zenit-raket kompleksləri və tanklar daxil olmadığını da bildirib.
Yeri gəlmişkən, Rumen Radev Rusiyanın Ukraynaya təcavüzü mövzusunda dəfələrlə qalmaqallı açıqlamalar verib. Belə ki, ötən ilin noyabrında o, Krımı “rus” adlandırıb, bundan sonra bəhanə gətirərərk “altından” çıxmışdı
2022-ci ilin aprelində Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi davam edərkən, Radev Bolqarıstanın müharibəyə cəlb olunma təhlükəsi bəhanəsi ilə Ukraynaya Bolqarıstan silahlarının verilməsinə qarşı çıxmışdı.
Qeyd edək ki, bu mövzuda prezident Radevin parlament çoxluğu ilə daimi ziddiyyətləri olsa da, amma həmişə Ukraynaya hərbi yardımın tərəfdarlarının sayı Radevin müttəfiqlərinin sayını üstələyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB