Çin Amerika rəsmilərinə sanksiya tətbiq edib

Çin iki ABŞ vətəndaşına sanksiya tətbiq edib
Çin Amerika rəsmilərinə sanksiya tətbiq edib

Çin qərarın Tibet Muxtar Bölgəsində insan haqlarının pozulması ilə bağlı ABŞ-ın iddialarına cavab olaraq qəbul edildiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sanksiya tətbiq edilənlər ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xarici siyasət üzrə müşaviri vəzifəsində çalışmış Yuy Maoçun və ABŞ Konqresinin Çin üzrə İcraiyyə Komitəsinin kadrlar üzrə direktor müavini Todd Steyndir.

Xatırladaq ki, ABŞ dekabrın 9-da Tibetdə insan haqlarının pozulduğunu əsas gətirərək iki Çin rəsmisinə qarşı sanksiya tətbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə