Rusiya dekabrın 16-dan bəri ilk dəfə "Kalibr" gəmisini dənizə buraxıb
Cümə günü, dekabrın 23-də “Kalibr” qanadlı raketləri daşıya bilən Rusiya gəmisi Qara dənizə daxil olub.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Qara dənizdə düşmənin 9 gəmisi döyüş növbətçiliyindədir, onlardan 1-i “Kalibr” qanadlı raketlərinin daşıyıcısıdır. Ümumi salvo 4 raketdir”.
Ukrayna saytlarının yazdığına görə, bundan əlavə, daha iki hərbi gəmi Azov dənizindədir, lakin onların arsenalında Kalibrin olması barədə məlumat yoxdur.
Qeyd edək ki, Aralıq dənizində bir anda doqquz rus gəmisinin olması da qeydə alınıb. Belə ki, onlardan beşi “Kalibr” raketlərinin daşıyıcısıdır.
Ümumilikdə, bu gəmilərin ümumi salvo potensialı 72 raketdir.
Xatırladaq ki, Ukrayna hərbçiləri sonuncu dəfə dekabrın 16-da iri raket hücumundan əvvəl Qara dənizdə “Kalibr”lə silahlanmış raket gəmilərinin görünməsi barədə məlumat vermişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB