"Türkiyənin narahatlıqlarını aradan qaldıracağıq"

İsveçin xarici işlər naziri Tobias Billström konstitusiya dəyişikliyi ilə ölkəsində terror fəaliyyətini tanıtmaq, təbliğatını aparmaq və, bayraqlarından istifadə etməyin də cinayət sayılacağını bildirib.
"Türkiyənin narahatlıqlarını aradan qaldıracağıq"

İsveçin xarici işlər naziri Tobias Billström deyib ki, konstitusiya dəyişikliyi ilə ölkədə terror fəaliyyətini tanıtmaq, təbliğatını aparmaq və, bayraqlarından istifadə etmək də cinayət sayılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Billström Türkiyə, İsveç və Finlandiya ilə üçlü memorandum çərçivəsində ölkəsinin atacağı addımları dəyərləndirib.

Billström "Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan müqavilə ilk addım oldu. Ölkəmin NATO-ya üzv olması ilə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirmək istəyirik" deyib.

Billström bildirib ki, İsveçdə terrorla bağlı konstitusiyaya edilən düzəliş yanvarın 1-dən qüvvəyə minəcək:

"Biz konstitusiyanın maddəsinə dəyişiklik edərək terror təşkilatına qoşulmağı, onu dəstəkləməyi və ya gücləndirməyi cinayət hesab edirik. Martın 7-də parlamentə təqdim edəcəyimiz qanun layihəsi ilə İsveç Cinayət Məcəlləsində yeni bir cinayət yaradacağıq. Torpaqlarımızda terror fəaliyyətini təbliğ etmək, onların bayraqlarını dalğalandırmaq cinayət sayılacaq”.

Billström konstitusiya və qanunlara edilən dəyişikliklərin Türkiyənin terrorla bağlı bir çox narahatlığını aradan qaldıracağına diqqət çəkərək deyib ki, Türkiyenin terrorun maliyyələşdirilməsi ilə bağlı narahatlığı var. İnsanların PKK kimi terror təşkilatlarına dəstək toplamaq üçün İsveç ərazisindən istifadə etmələri ilə bağlı narahatlıqlar var. Bu qanun dəyişiklikləri ilə bunlar daha da çətinləşəcək. Ona görə də bu qanunları qüvvəyə mindiririk".

Qeyd edək ki, Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə