Amerika Birlәşmiş Ştatları Qətərə təşəkkür edib

Amerika Birlәşmiş Ştatları Qətərə təşəkkür edib

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan Əfqanıstanda saxlanılan iki ABŞ vətəndaşının azad edilməsi ilə nəticələnən səylərinə görə ölkəsinin Qətərə təşəkkür etdiyini bildirib.
Qətərin rəsmi QNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Sallivan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon əlaqəsi saxlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında strateji əlaqələr müzakirə edilib.
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri görüş zamanı Əfqanıstanda saxlanılan iki ABŞ vətəndaşının azad edilməsi ilə nəticələnən səylərinə görə ölkəsinin Qətərə təşəkkür etdiyini bildirib.
"Qətər Əfqanıstanda göstərilən birgə səylərdə ABŞ-ın möhkəm tərəfdaşıdır", - deyə Ceyk Sallivan bildirib.
Dekabrın 21-də Amerika Birləşmiş Ştatlar Əfqanıstanda Taliban tərəfindən saxlanılan iki vətəndaşının azad edilməsini "xoş niyyət nümayişi" olaraq adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə