Çexiya Rusiyadan təhlükəsizlik zəmanəti və qonşularına təcavüz etməməyi tələb edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
“Rusiya qonşularına hücum etməyəcək barədə təhlükəsizlik zəmanəti verməlidir”.
Lipavski, “Ukraynasız, Mərkəzi Avropa və ya Baltikyanı ölkələr olmadan heç bir güc bölgüsünə malik olmamağın” vacibliyini vurğulayıb.
Eyni zamanda, çexiyalı nazir Ukraynaya yardımın davam etdirilməsini son dərəcə vacib sayıb. O bildirib ki, qışın başlaması və Rusiyanın enerji infrastrukturuna tez-tez hücumları ilə yardım prioritetləri dəyişir.
Onun dediyinə görə, bu gün əsas diqqət hava hücumundan müdafiə sistemlərinin təmin edilməsinə yönəlib. “Çexiya orada tam istədiyimiz rolu oynaya bilmir, lakin biz bunu başqa məsələlərdə yerinə yetiririk”, - Lipavski deyib bunu.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərbin Ukraynada müharibəni dayandırmaq üçün danışıqlara qayıdanda, Rusiyaya hansı zəmanətləri verməyə hazır olduğunu düşünmək lazım olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB