Özbəkistan Əfqanıstana humanitar yardım göndərib

Özbəkistan Əfqanıstana humanitar yardım göndərib

Nazirliyin açıqlamasında qeyd olunub ki, Un, buğda, düyü, bitki yağı, konserv, paltar və ayaqqabı kimi materiallardan ibarət yardım paketləri Əfqanıstanın Hayratan şəhərinə çatdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, yardım karvanına prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmetulla Erqaşev və Surhandərya vilayətinin qubernatoru Tora Babalov da müşayiət edib.

Əfqanıstanın Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Müzəmmil yardımların təhvili münasibəti ilə təşkil edilən mərasimdə etdiyi çıxışında: “Özbəkistan administrasiyasına çətin bir dövrdə göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk. Əfqanıstana çatdırılan bu yardımlar iki ölkə xalqları arasındakı qardaşlıq münasibətlərinin göstəricisidir”.

Xatırladaq ki Özbəkistan Ramazan ayında dəmir yolu ilə Əfqanıstana 4 min ton, iyunda isə 74 ton humanitar yardım göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə