“Rusiyada istehsal olunan məhsullar Qərb ölkələrinə satılmır” - POLİTOLOQ ŞƏRH ETDİ
“ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi növbəti sanksiyalar olduqca sərtdir. Bu sanksiyalar bu günə qədər Rusiya və İrana qarşı tətbiq edilmiş sanksiyaların davamıdır. Əlbəttə ki, bu sanksiyalar hər iki ölkəyə ciddi təsir göstərəcək. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Rusiya məhsullarının Avropa və Amerika bazarlarına çıxışı demək olar ki, məhdudlaşıb: “Rusiyada istehsal olunan məhsullar Qərb ölkələrinə satılmır. Bütün bunlar təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Son iki-üç gündür ki, biz bu prosesin nəticələrinin şahidi oluruq.
Rusiya rublı son 6-8 ay arasında ilk dəfə olaraq son üç gündə ciddi şəkildə dəyər itirməyə başlayıb. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatında böyük problemlər və tənəzzül yaranacaq.
Təbii ki, bu proses öz növbəsində İran iqtisadiyyatına təsir göstərəcək. Hər kəsə məlumdur ki, İranın iqtisadiyyatı durmadan tənəzzülə uğrayır. İran çox ciddi sanksiyalarla üzləşir və bu sanksiyalardan sonra İranın vəziyyəti iqtisadi baxımdan heç də yaxşı olmayacaq. Amma digər tərəfdən bir məqamı da unutmaq olmaz ki, tətbiq olunan sanksiyalar “boomerang” effekti daşıyır. Hər bir sanksiya onu tətbiq edən ölkənin özü üçün də ciddi problemlər yaradır, iqtisadi geriləmələrə səbəb olur. Bu ölkələr arasında ticari əlaqələrin kəsilməsi hər iki tərəfə ziyan verir. Bu ziyan sanksiyalar fonunda artıq qaçınılmazdır. Hesab edirəm ki, bu sanksiyalar ölkələrin iqtisadiyyatına ciddi zərbələr vuracaq və bu ölkələrdə iqtisadi geriləmələr 2023-cü ildə də müşahidə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB