Əfqanıstanda 5 qadın həbs edilib

Əfqanıstanda 5 qadın həbs edilib

Əfqanıstanın paytaxtı Kabildə qadınların universitetlərə getməsi qadağasına etiraz edən 5 qadın həbs edilib. SİA BBC-yə istinadən xəbər verir ki, məsələyə etiraz edən üç jurnalist də polis bölməsinə aparılıb.

Etirazların Taxar əyalətində keçirildiyi bildirilir.

Qeyd edək ki, Taliban hakimiyyəti qadınların universitetlərdə təhsil almasını qadağan edən qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə